AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Əsas elmi nəticələr

AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir.

İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir:

Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları;

Neft geologiyasında riyazi modelləşdirmə üsulları;

Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması;

Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi;

Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s.

Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrində qravitasiya qərarsızlıq proseslərinin nəzəri tədqiqi ilə konveksiya axınının mümkünlüyü göstərilib və karbohidrogenlərin miqrasiya modeli təklif edilib.