AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-05-21 05:23:38 973

Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar

18 May saat 14:00-da Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçirilmişdir.

Vebinar Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə milli əlaqələndirici şəxs, Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən “Facebook” sosial şəbəkəsində “AMEA Beynəlxalq Əməkdaşlıq” səhifəsi üzərindən həyata keçirilib. Proqram üzrə layihələrə qoşulmaq üçün təlimatlar verildi.

Vebinarda AMEA-nın institutlarıyla yanaşı, AMEA Neft və Qaz İnstitutu da iştirak etmişdir.

Layihədə “Horizon 2020” proqramı üzrə ilkin məlumat verildi. Proqram 2020-ci ildə müddəti bitdikdən sonra artıq yeni “Horizon Europe“ proqramı fəaliyyət göstərəcək. “Horizon Europe“ proqramı Avropa Komissiyası tərəfindən idarə olunacaqdır. Yeni proqramın əvvəlki proqramdan fərqi geniş imkanlara malik olması və büdcənin böyüdülməsidir. Burada əsas məqsədlərdən biri də elmin inkişafına üstünlük verilməsi və yeni fikirlərin təkcə alimlər arasında deyil, cəmiyyət içərisində də paylaşılmasıdır.