
AMEA Neft və Qaz İnstitutunda Respublika elmi-praktiki konfransının sertifikat təqdimatı keçirildi
AMEA Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransının sertifikat təqdimatı keçirildi.
AMEA Neft və Qaz İnstitutunun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova sertifikatları qalib şəxslərə təqdim etdi. Təqdimatda AMEA Neft və Qaz İnstitutu, AMEA Geologiya və Geofizika İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetindən olan əməkdaşlar iştirak etmişlər.
Sonda AMEA Neft və Qaz İnstitutunun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova və GAMŞ sədri Pünhan
Səmədli iştirakçılara gələcək elmi fəaliyyətində uğurlar arzu etdilər.