AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-02-02 07:13:52 755

AMEA-nın magistraturasında qış imtahan sessiyası başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb.

Müəyyən olunmuş qrafikə əsasən imtahanlar 5 yanvar 2022-ci il tarixindən 2 fevral 2022-ci il tarixinədək AMEA-nın magistratura təhsilini həyata keçirən 23 elmi müəssisəsində ənənəvi qaydada təşkil edilib. İmtahanların obyektiv, şəffaf keçirilməsi üçün AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun əməkdaşları da müşahidəçi qismində iştirak ediblər.

Qeyd edək ki, magistrantlar fevral ayının 15-dək qış tətilində olacaqlar.