AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-18 12:24:33 671

UFAZ-ın tələbələri AMEA Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbələrinin Neft və Qaz İnstitutunun “Neftli-qazlı komplekslərin litologiyası”, “Neftli-qazlı hövzələrin analizi”, “Lay sistemlərinin hidrogazdinamikası”, “Müasir qazmanın nəzəri və tətbiqi problemləmləri” və “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbələrində təcrübə keçiriləcək. Tələbələr bakalavr olmaqla 12 nəfər təşkil edəcəkdir.

Tədbiri institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açaraq, tədbirə gələn tələbələri salamladı və onların burada iştirak etdiklərinə görə məmnun olduğunu vurğuladı.

Təhsil şöbəsinin müdiri Arif Hüseynov tələbələrə təcrübə qrafikini və elmi rəhbərlərinin təyin olunması barədə məlumat verdi.