AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-13 11:40:45 430

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda ixtisasartırma kursları təşkil olunub

Neft və Qaz İnstitutu ilə Qazaxıstan Satbayev adına Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi əsasında Neft və Qaz İnstitutunun şöbə müdirləri, AMEA-nın müxbir üzvü, professor Qərib Calalov və AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev tərəfindən təkmilləşdirmə kursu proqramı çərçivəsində mühazirələr oxunulub. Dörd gün ərzində Qərib Calalov tərəfindən “Layların hidrodinamiki modelləşdirilməsi əsas qərar qəbul etmə vasitələrindən biri kimi” və Qalib Əfəndiyev tərəfindən “Qeyri-müəyyənlik şəraitində qazma prosesində modelləşdirmə və qərarların qəbul edilməsi” mövzusunda 18 mühazirə oxunub.