AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-14 11:02:38 609

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı sabahın alimlərinin hazırlanmasında

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13-15 fevral 2023-cü il tarixlərində ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəbliləri ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” Respublika Müsabiqəsində təmsil edəcəklər.

Müsabiqədə Neft və Qaz İnstitutunun “Neft-qaz sahəsinin geoekoloji problemlər” şöbəsinin baş mütəxəssisi Məhərrəm Mehtiyev müsabiqənin final mərhələsinə keçən Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyinin IX sinif şagirdi Nigar Əliyevanın elmi rəhbəri qismində iştirak edir. Müsabiqəyə mühəndislik və ekologiya kateqoriyası üzrə “Triniti Panel” layihəsi təqdim olunub. Layihənin məqsədi ilin bütün fəsillərində, istənilən hava şəraitində təbiətin verdiyi günəş, külək və yağışdan enerji almaqdır.