AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-04-14 10:13:23 285

Neft və Qaz İnstitutunun əməkdaşının məqaləsi Web of Science elmi bazasının Russian Science Citation İndex (RSCİ) platformasında çap olunub

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımovun, böyük elmi işçisi Kəmalə Nəsirovanın və Geologiya və Geofizika İnstitutunun sabiq dissertantı Kərim Şıxəliyevin həmmüəllif olduqları “Алгоритм определения реологических и фильтрационно-емкостных параметров ограниченного газового пласта с ползучей средой” (“Sürüngəc mühitli məhdud qaz layının reoloji və süzülmə-tutum parametrlərinin təyini alqoritmi”) adlı məqalə Russian Science Citation İndex bazasında təmsil olunan “Технологии нефти и газа” (“Neft və qazın texnologiyaları”) jurnalının 2023-cü il üzrə 2-ci sayında çap olunub.