AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-05-04 12:36:09 532

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları YAP Yasamal rayonu təşkilatının təşkil etdiyi “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirdə iştirak ediblər

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevin və Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirin baş tutmasının səbəbini Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəldiyini bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ümumilli lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Tədbirdə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin əməkdaşları Fatimə Bayramova və Mina Namazova iştirak edib.