AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-05-16 16:48:33 110

Neft və Qaz İnstitutunun əməkdaşları Respublika elmi-texniki konfransda iştirak ediblər

Radiasiya Problemləri İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Radiasiya texnologiyalari və onun tətbiqi” mövzusunda elmi-texniki konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın işində institutumuzun əməkdaşları Fəxrəddin Kərimov və Məhərrəm Mehtiyev iştirak ediblər. Konfrans proqramına daxil olan bölmələrdə Fəxrəddin Kərimov “Karbohidrogen yataqlarının axtarış-kəşfiyyat işlərində radiometrik tədqiqatların tətbiqi” və Məhərrəm Mehtiyev isə “Abşeron yarımadasının neftçıxarma ərazilərındə radioekolojı durumun qiymətləndirilməsi” mövzusunda çıxışlar ediblər.