AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-05-30 13:57:15 222

Neft və Qaz İnstitutu və Gürcüstan Texniki Universiteti arasında memorandum imzalanıb

Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova və Gürcüstan Texniki Universiteti tərəfindən Teymuraz Barabadze, Nana Xundadze, İrakliy Qudjabidze və Camal Soloqaşvili iştirak edib.

Görüş zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində elmi-tədqiqat işləri çərçivəsində elmi məsələlər müzakirə edildi. Müqaviləyə əsasən nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlıq planlaşdırılıb.

Müştərək elmi konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodi, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə və konfrans materialları şəklində birgə illik hesabatlar istifadə olunacaqdır.