AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-11-22 06:47:06 143

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

21-23 noyabr tarixlərində keçirilən tədbirdə qlobal sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də, bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gələcək.

Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu nəzərə aldıqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyilə təşkil olunmuş bu konfrans ekspertlər tərəfindən seçilmiş yüksək səviyyəli proqram, regionun qarşısında duran mühüm məsələlərlə bağlı panel müzakirələr təmin edəcək və neft-qaz sahəsində ekspertlərlə netvorkinq üçün unikal imkan yaradacaq.

Proqram cari vəziyyətin qiymətləndirilməsini əhatə edəcək və investorlar, operatorlar, eləcə də servis şirkətlərinin və regiondakı dövlət orqanlarının nümayəndələrinə mühüm müzakirələr təklif edəcək.

Konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, şöbə müdirləri f.- r.e.d. Ədalət Həsənov, Fəxrəddin Kərimov və Könül Abbasova iştirak ediblər.