AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-06-17 11:02:08 60

Stanford Universiteti 2022-2023-cü illər üçün təqaüd elan edir

Stanford Universitetinin Təqaüdləri (2022-2023) beynəlxalq tələbələr üçün tam maliyyələşdirilən təqaüdlərdir. Bu təqaüdlər magistr və doktorantlar üçün təklif olunur. Tam təhsil haqqını, səyahət pulunu, yaşayış müavinətini və akademik xərcləri əhatə edir.

Təhsil səviyyəsi: magistr, PhD.
Qurum(lar): Stanford Universiteti
Ölkə: ABŞ
Sahələr: Təqaüdlər incəsənət, mühəndislik,yer elmləri və ətraf mühit , təhsil, humanitar, sosial və təbiət elmləri ,hüquq, biznes, tibb və s. sahələrdə peşəkar dərəcələr almaq üçün mövcuddur.

Proqram müddəti: Knight-Hennessy Scholars proqramı magistratura təhsilinizin ilk üç ilini maliyyələşdirir və əgər dərəcə proqramınız üç ildən artıqdırsa, fakültə təhsilin qalan hissəsini həmin proqram üçün standart həcm də maliyyələşdirəcək.

Knight Hennesy proqramı üçün son tarix 12 oktyabr 2022-ci ildir.

Təqaüdə barədə ətraflı məlumat üçün rəsmi veb sayt :
https://knight-hennessy.stanford.edu/admission