AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-06-24 11:10:15 789

Kanada hökuməti “Vanier Kanada Məzun Təqaüdü” (Vanier Canada Graduate Scholarship) proqramına sənəd qəbuluna start verir

Kanada hökuməti 2022-2023-cü tədris ilində bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün “Vanier Kanada Məzun Təqaüdü” (Vanier Canada Graduate Scholarship) proqramına sənəd qəbuluna start verir.Vanier Canada Graduate Scholarship (Vanier CGS) proqramı Kanada Universitetlərinə yüksək ixtisaslı doktorantları cəlb etmək və saxlamaq məqsədi daşıyır.

Bu təqaüd vasitəsilə Kanadanın ən reytinqli universitetlərində bütün tədqiqat sahələri üzrə ödənişsiz təhsil almaq mümkündür. Proqram yerli və beynəlxalq tələbələrə 166 Kanada təqaüdü təklif edir.Ümumilikdə 500-ə qədər təqaüd istənilən vaxt aktivdir.Təqaüd 3 il boyunca hər tədris ilində təhsil alanları 50 000 dollar təqaüdlə təmin edir.

“Vanier CGS” vasitəsilə aşağıdakı tədqiqat sahələri üzrə təhsil almaq mümkündür:

Təbiət elmləri;

Mühəndislik;

Sosial və Humanitar elmlər;

Səhiyyə;

Vanier CGS proqramı üç ekvivalent seçim meyarını nəzərə alır:

Akademik mükəmməllik,
Tədqiqat potensialı;
Liderlik (potensial və nümayiş etdirilmiş qabiliyyət).
İştirak hüququ:

• Kanada Vətəndaşları

* Daimi Kanada sakinləri

• Xarici vətəndaşlar

Təqaüdlər üç federal qrant agentliyi arasında bərabər paylanır:

Kanada Sağlamlıq Araşdırmaları İnstitutu (CIHR)
Təbiət Elmləri və Mühəndislik Araşdırma Şurası (NSERC)
Sosial və İnsan Araşdırmaları Şurası (SSHRC)

İştirakçılar proqrama 30 iyun 2022-ci il tarixindən etibarən müraciət edə biləcəklər.

Sənəd qəbulu üçün son tarix: 2 noyabr 2022-ci il
https://vanier.gc.ca/en/home-accueil.html