AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

İctimaiyyətlə əlaqələr şöbəsi

Tel.


Faks   
Elektron poçtu konulabbas777@gmail.com
info@ogi.az
Struktur bölmənin rəhbəri

Abbasova Könül Oqtay qızı

İşçilərin ümumi sayı 1
Əsas fəaliyyət istiqamətləri 

İctimaiyyətlə əlaqələr istiqaməti üzrə şöbənin əsas funksiyası institutda aparılan elmi-tədqiqat işləri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmaqdan ibarətdir.
Şöbə fəaliyyətini AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə əlaqələndirir, həmin şöbə ilə sıx əməkdaşlıq edir.
Şöbə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
Şöbə İnstitutun KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir.
Şöbə İnstitutda ictimaiyyət ilə əlaqələri təşkil edir, əlaqələndirir və həyata keçirir; İnstitutun fəaliyyətinin KİV-də işıqlandırılmasını, İnstitut tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, bununla əlaqədar press-relizləri, bəyanatları, müsahibələri, çıxışları və s. hazırlayır.
Şöbə İnstitutun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlaylr və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görür.
Şöbə İnstitutun rəhbərliyinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil edir, əlaqələndirir və İnstitut tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir.
Şöbə İnstitutun rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir və həmin məlumatları saytlarda yerləşdirir.
Şöbə İnstitutun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların monitorinqinin aparılmasını və bu barədə İnstitutun rəhbərliyinə mütəmadi şəkildə məlumat verilməsini təmin edir.