AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-03 18:30:10 716

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik
qəbul olundu.

İclasda şöbə müdiri, t.f.d. Bünyad Kazımov "Neftqazçıxarmada ilkin məlumatların qeyri-müəyyənliyi şəraitində idarəetmə qərarlarının qəbulu” mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi məruzədə qeyd etdi ki, ilkin məlumatların qeyri-müəyyənliyi şəraitində qərarqəbuletmə məsələlərinin həlli imkanlarına baxılmışdır. Təqdim olunan məruzə icmal səciyyəsi daşımaqla, ilk növbədə, tədqiqatçıların diqqətini neftqazçıxarma problemlərinin tədqiqi zamanı məlumatların qeyri-müəyyənliyi çərçivəsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan riyazi yanaşmanın tətbiqinə əsaslandırılmışdır.

Gündəlikdə ilk duran məsələ 2022-ci il üçün iş planının müzakirəsini elmi katib, y.e.f.d. Şəlalə Hüseynova təqdim etdi.

Gündəlikdə duran növbəti məsələ “Ehtiyatı çətin çıxarılan neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki-kimyəvi və hidrotermodinamiki proseslərin tədqiqi” adlı ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında (2020-
2022) AMEA-nın müxbir üzvü Qərib Calalov və t.e.d. Mahir Rəsulov təqdim etdi.

Gündəlikdə duran sonuncu məsələ AMEA Neft və Qaz İnstitutunun magistraturasında təhsil alan tələbələrin payız sessiyası üzrə attestasiyanın nəticələri haqqında Təhsil şöbəsinin müdiri Arif Hüseynov təqdim etdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.