AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-20 10:22:16 35

Neftçilər Günü

Hər il 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilir.

Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

20 sentyabr 1995-ci ildə ümumimilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilir.

AMEA Neft və Qaz İnstitutunun kollektivi Odlar Yurdunun qəhrəman neftçilərini 20 Sentyabr - Peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir! Hamınıza fəaliyyətinizdə daha yüksək zirvələrə ucalmaq, yeni nailiyyətlər əldə etmək, möhkəm can sağlığı, evlərinizə sevinc və əminamanlıq, süfrələrinizə bolluq və bərəkət arzulayırıq!