AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-11-21 11:28:28 637

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları Antalyada beynəlxalq konfransda iştirak ediblər

Türkiyənin Antalya şəhərində Analiz və Tətbiqi Riyaziyyat üzrə 6-cı beynəlxalq konfrans keçirilib.

Konfransda Neft və Qaz İnstitutunun əməkdaşları Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi Qərib Calalov, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, şöbənin əməkdaşları Fizzə Hüseynova və Rəvanə İsgəndərova onlayn şəkildə iştirak ediblər.

AMEA-nın müxbir üzvi Qərib Calalov, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, şöbənin əməkdaşı Fizzə Hüseynova “Vertikal quyuda storoj effektini nəzərə almaqla təzyiqin dinamik davranışının öyrənilməsi” və AMEA-nın müxbir üzvi Qərib Cəlalov, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, şöbənin əməkdaşı Rəvanə İsgəndərova “Ümumiləşmiş buckley – leverett tipli məsələsinin kəsilən funksiyalar sinifində ədədihəlli” mövzusunda çıxış ediblər.