AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-06-05 06:19:19 1017

AMEA-nın Təhsil şöbələrinin müdirləri ilə növbəti onlayn iclas keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə növbəti onlayn iclas keçirilib.

İclasın keçirilməsində məqsəd doktorantura, dissertantura və magistratura ilə bağlı Rəyasət Heyətinin qərarlarının və AMEA-nın prezidentinin sərəncamlarının icrasının təmin edilməsi, eləcə də yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili olub.
Tədbirdə idarənin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, rəis müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev və digər müvafiq elmi müəssisələrin Təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.
İclasda F.Kazımov AMEA-da doktorantura, dissertantura və magistratura ilə bağlı qəbul edilmiş sənədlərin icrasına dair görülən işlər barədə məlumat verib. O, pandemiya şəraitində təhsilin davamlılığının təmin edilməsi və təşkili məqsədilə AMEA prezidentinin qəbul etdiyi sərəncamların əhəmiyyətini vurğulayıb, imtahanların, magistrlik dissertasiya müdafiələrinin təşkili üçün vacib məsələlərə toxunub.
Sonra idarənin rəis müavini H.Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri Ö.Gülalov və Magistratura şöbəsinin müdiri F.Feyziyev çıxış edərək AMEA-da ödənişli əsaslarla fəlsəfə və elmlər doktoru proqramları üzrə müvafiq ixtisaslar üçün tələb olunan təhsil haqqının illik məbləği, doktorluq imtahanlarının keçirilməsi, növbəti qəbul prosesinə hazırlıq, pandemiya şəraitində magistrantların yay imtahan sessiyasının, və magistrlik dissertasiyaların müdafiəsinin təşkili istiqamətində görülən tədbirlərdən danışıblar.
Tədbirdə AMEA Neft və Qaz İnstitutunun təhsil şöbə müdiri Arif Hüseynov da iştirak etmişdir.