AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-10 11:56:14 861

AMEA Neft və Qaz İnstitutunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri institutun baş mühəndisi Ehtibar Əliyev giriş sözü ilə açaraq qeyd edib ki, müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin vəfatından neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

Tədbirdə Həmkarlar təşkilatının sədri Nuhbaba Şıxıyev Heydər Əliyevin yaradıcılığı, həyatı boyu gördüyü işlərdən və xalqın ona olan sevgisindən bəhs etdi.

"Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri" şöbəsinin müdiri, t.e.n. Bünyad Kazımov isə ümummilli lider Heydər Əliyevlə bağlı təqdimatını nümayiş etdirdi. Xüsusilə vurğuladı ki, ulu Öndərimizin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub və onun Azərbaycanın dövlətçiliyi tarixində rolu əvəzedilməzdir. O, təqdimatını ümummilli lider Heydər Əliyev haqqında yazdığı şeirlə tamamladı.
Sonda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.