AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-29 10:54:35 849

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Yeni Azərbaycan Partiyasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş tədbirdə iştirak edib

AMEA-nın Neft və Qaz Institutunun şöbə müdiri, YAP institut üzrə ərazi ilk partiya təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Yeni Azərbaycan Partiyasının 28 dekabr 2021-ci il tarixində Yasamal rayon təşkilatında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş tədbirində iştirak edib. Tədbirin gedişində iştirakçılar Azərbaycan barədə əsaslı məlumatları Vikipediya internet resursunda (virtual ensiklopediyasında) cəmləməklə bu qlobal informasiya mübadiləsi məkanında sistemli fəaliyyət göstərmək məqsədilə “Qorqud” Vikipediya Metodik Klubunun fəaliyyəti haqqında məlumatlandırıldı və klubun fəal üzvləri təltif edildilər. Eyni zamanda qeyd edilən təşəbbüsün daha geniş vüsət alması üçün zəruri istək və təkliflər səsləndirildi.