AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-02-07 07:11:17 885

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının layihələri SOCAR-ın Elm Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibi elan olunublar

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının 2 layihəsi SOCAR-ın Elm Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibi elan olunub.

Layihələrin biri ekologiya, təbii qaz anbarlarının yaradılması, digəri isə quyuların qazılması elmi istiqamətlər üzrə təqdim edilmişdir. “Atmosferə atılan antropogen mənşəli karbon qazının utilizasiyası məqsədilə ehtiyyatı tükənmiş neft-qaz laylarının qaz saxlama anbarı kimi istifadəsinin geofiziki tədqiqi” adlı layihənin rəhbəri F.N.Kərimov, “Mürəkkəb geoloji şəraitdə qazılan dərin axtarış-kəşfiyyat quyularında qoruyucu kəmərlərin layihə dərinliyinə çatdırılması və sementləmənin keyfiyyətinin artırılması məqsədilə kompleks elmi-tədqiqat işləri əsasında texnoloji tədbirlərin işlənib hazırlanması” adlı layihənin rəhbəri AMEA-nın müxbir üzvü Q.M.Əfəndiyevdir.

SOCAR-ın Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə keçirilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 5 yanvar 2022-ci il tarixli qərarı ilə 25 elmi tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.