AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-13 07:07:39 880

AMEA Neft və Qaz İnstitutunda görüş keçirildi


AMEA Neft və Qaz İnstitutu baş direktorunun elmi məsləhətçisi, RTEA-nın həqiqi üzvü, g.-m.e.d., professor Vaqif Kərimovun, icraçı direktor g.-m.e.d., professor Vaqif Qurbanovun, şöbə müdirləri f.-r.e.d. Ədalət Həsənov və Fəxrəddin Kərimovun iştirakı ilə görüş keçirildi.

Görüş zamanı institutun elmi tematik planında mühüm yer alan neft-qaz yataqlarının modelləşdirilməsi imkanlarından və geoekoloji problemlərin həlli yollarından danışıldı. Təbii və texnogen mənbələrdən atmosferə atılan metan, karbon dioksid, azot dioksid qazlarının iqlim dəyişmələrinə təsirinin tədqiqi, atmosferin dekarbonizasiyası, tutulan qazların neft-qaz yataqlarının işlənməsində istifadəsi, qaz anbarlarının yaradılması və s. kimi məsələlər müzakirə olundu.