AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-05-10 12:26:59 854

AMEA Neft və Qaz İnstitunun əməkdaşının kitabı çapdan çıxıb

AMEA Neft və Qaz İnstitunun “Neft və qaz geofizika” şöbəsinin müdiri, g.-m.e.d. Namaz Yusubov və AMEA vitse prezidenti, akademik İbrahim Quliyevin müəllifliyilə “Грязевой вулканизм и углеводородные системы Южно-Каспийской впадины” (“Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və karbohidrogen sistemləri”) adlı kitabı çapdan çıxıb. Kitabda Cənubi Xəzər, ona bitişik Aşağı Kür və Qobustan-Abşeron çökəkliklərində palçıq vulkanizminin yaranma mexanizmi haqqında yeni fikir əsaslandırılmışdır. Adları çəkilən neftli-qazlı çökəkliklərdə istismarda olan yataqların yaranmasında palşıq vulkanizmin əsas pol oynaması haqqında irəli sürülən iddia real geoloji-seysmik məlumatların interpretasiyası əsasında əsasında müdafiə edilir. Kitab neft-qaz geologiyası və geofizikası üzrə tədqiqatlarla məşğul olan mütəxəssislər üçün dəyərli məlumat mənbəyidir.