AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-11-21 08:36:43 731

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq elmi seminarda iştirak ediblər

Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar başa çatıb.

Seminarın fəxri sədrləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və DEU-nun rektoru, professor Nükhet Hotar, sədrləri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alındır.

Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq ikinci ildir təşkil olunan beynəlxalq tədbirin əhatə dairəsinin genişlənməkdə olduğunu, dünyada böyük maraq doğurduğunu bildirib. O, seminarın dünya elminin nailiyyətlərini öyrənmək üçün mükəmməl bir platforma olduğunu qeyd edib.

Seminarda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və institutun aparıcı elmi işçisi Rafiq Səfərov “Şərqi Qafqazda yer qabığı hərəkət sürəti sahəsi və deformasiya sürətlərinin GPS məlumatları əsasında tədqiqi” mövzusunda çıxış ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları institutun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova və institutun şöbə müdiri, g.-m.e.d. Namaz Yusubov “Cənubi Xəzər Palçıq vulkanları hövzəsinin karbohidrogen sistemlərinin əsas elementi kimi” mövzusunda çıxış ediblər.