AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-05-12 10:42:44 592

Neft və Qaz İnstitutunun gənc alimi Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən respublika elmi konfransında çıxış edib

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun əməkdaşları, ölkənin müxtəlif ali təhsil müəssisələri və elmi tədqiqat institutlarının alimləri, MDU-nun proferssor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.

Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Pünhan Səmədli “Heydər Əliyev və neft strategiyası” mövzusunda çıxış etmişdir.