MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-09-15 11:49:41 403

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşının yeni kitabı işıq üzü gördü

Neft və Qaz İnstitutunun əməkdaşı “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., professor Qalib Əfəndiyev, AMEA-nın həqiqi üzvü, g.-m.e.d., professor Əkpər Feyzullayev və fəlsəfə doktoru Maral Karajanovanın “Neft-qaz texnologiyalarının geoloji əsasları” adlı dərs vəsaiti işıq üzü gördü.

Dərs vəsaitində, “neft-qaz işi” ixtisaslı tələbələrin nəzərdə tutulmuş fənnlər üzrə əvvəlki tədris mərhələlərində əldə edilmiş biliklərin tamamlanması məqsədi ilə neft sənayesinin inkişafı tarixindən bəzi qısa faktlar, quyuların qazılması, neftçıxarma texnologiyası bəzi məsələləri, neft-mədən geologiyasından məlumat, geoloji kəsilişlərin öyrənilməsi üsulları, quyuların quruluşu və digər məsələlər öz əksini tapmışdır. Vəsaitin məqsədi “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” və “Neft-qaz işi” sahələri üzrə təhsil alan gənc mütəxəssisləri müasir texnologiyalar, geoloji və texnoloji məlumatların əldə edilməsi və təhlili, optimal qərarlar qəbul edilməsi istiqamətində üsul və vasitələrlə tanış etməkdir.

Qeyd edək ki, dərs vəsaiti Azərbaycan Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurası (protokol №6, 17.11.22) və Ş.Yesenov adına Kaspi Dövlət Mühəndislik və Texnologiyalar Universitetinin (Aktau, Qazaxıstan) akademik şurası tərəfindən (protokol №5, 21.04.21) çapa tövsiyə olunmuşdur.